FHN yeni yanğınsöndürən texnikalar alıb

FHN yeni yanğınsöndürən texnikalar alıb
  04 Yanvar 2014    Oxunub:3356
Fövqəladə Hallar Nazirliyi (FHN) yeni yanğınsöndürən texnikalar alıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, FHN-dən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti 11 ədəd yeni "Iveco" və 5 ədəd yeni "KamAZ" markalı yanğınsöndürən avtomobili istifadə üçün təhvil alıb.

Bundan əlavə, partlayıcı əşyaların və maddələrin zərərsizləşdirilməsi və daşınması üçün avadanlıq və avtomobil, "İzotop" xüsusi kombinatı üçün avadanlıq, zəruri sayda əleyhqaz və ehtiyat hissələri də alınması üçün işlər görülüb.

Həmçinin qeyd edilib ki, 2013-cü il ərzində müxtəlif təyinatlı texnikalar, o cümlədən 20 ədəd "Iveco" və 25 ədəd "KamAZ" markalı yanğınsöndürən avtomobil, 2 ədəd hava limanı üçün yanğınsöndürən avtomobil, 5 ədəd "AC40" avtoçən, 10 ədəd "Chevrolet-Niva" markalı avtomobil, 3 ədəd yükləyici, 5 ədəd "Banelli-110" tipli skuter alınaraq aidiyyəti üzrə qurumların istifadəsinə verilib.


Teqlər:





Xəbər lenti