İqtisadiyyat Nazirliyinin yeni kollegiya üzvləri təsdiqləndi

   İqtisadiyyat Nazirliyinin yeni kollegiya üzvləri təsdiqləndi
  21 Aprel 2020    Oxunub:3299
Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli qərarında dəyişiklik edib.
Azvision.az -ın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Dövlət Vergi Xidmətinin rəisi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi.

Qeyd edək ki, bundan əvvəl İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət olub.

Azvision.az


Teqlər: İqtisadiyyatNazirliyi  





Xəbər lenti