Suriyada ABŞ hərbçilərinə hücum edildi

Suriyada ABŞ hərbçilərinə hücum edildi
  20 Aprel 2020    Oxunub:2997
Suriyanın Əl-Hasake vilayətində ABŞ ordusunun patrul xidməti aparan hərbçilərinə hücum edilib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hücum nəticəsində nəqliyyat vasitəsi məhv edilib, hərbçilər yaralanıb.

Bildirilir ki, bir qrup ABŞ hərbçisini və "Suriya Demokratik Qüvvələri"nin döyüşçülərini daşıyan "Hummer" markalı hərbi maşın Əl-Hasakenin cənub-qərbindəki Ruveyşid kəndində naməlum şəxslərin hücumuna məruz qalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Suriya  





Xəbər lenti