Bakıda maşın oğruları tutuldu

Bakıda maşın oğruları tutuldu
  20 Aprel 2020    Oxunub:2724
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.İsmayılov aprelin 19-da rayon ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mikayılov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları isə martın 19-da H.Bəşirova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Tağıyev, O.Salmanov və əvvəllər məhkum olunmuş E.Rzayevi yaxalayıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti