Avtoyuma məntəqəsindən maşın qaçırıldı

Avtoyuma məntəqəsindən maşın qaçırıldı
  20 Aprel 2020    Oxunub:2408
Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət edən Bakı şəhər sakini M.Məmmədov aprelin 18-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Əhmədov aprelin 19-da A.Cəlilov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti