Qarabağa giriş-çıxış məhdudlaşdırıldı

Qarabağa giriş-çıxış məhdudlaşdırıldı
  20 Aprel 2020    Oxunub:3473
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə giriş-çıxış məhdudlaşdırılıb.
Azvision.az xəbər verir ki, Qarabağ separatçılarının “dövlət naziri” Qriqori Martirosyan yük daşımaları istisna olmaqla, 22 aprel tarixindən etibarən sakinlərin bölgəni tərk etməsini qadağan edib.

Məlumata görə, dəfn mərasiminə getmək lazım olarsa, mərhumun ən yaxın adamlarına icazə veriləcək. Ermənistan vətəndaşlarının Qarabağdan çıxışına isə məhdudiyyət qoyulmayıb.

Həmçinin hərbçilərin də giriş-çıxışı sərbəstdir. Səhhəti ilə bağlı müalicə alanlar müvafiq arayış təqdim etməklə hərəkət edə bilərlər.

Qeyd edək ki, Qarabağda koronavirusa yoluxma halları getdikcə artır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qarabağ   virus  





Xəbər lenti