Qarabağda 59 yaşlı erməni başından güllələndi

Qarabağda 59 yaşlı erməni başından güllələndi
  20 Aprel 2020    Oxunub:2539
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində kişi meyiti tapılıb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, araşdırma nəticəsində 59 yaşlı kişinin oğluna məxsus ov tüfəngi ilə baş nahiyəsinə açılan atəş nəticəsində öldüyü məlum olub.

Hadisə baş verən gün tarlaya iş dalınca gedən erməni kəndlinin hansı şəraitdə ölməsi ilə bağlı detallar məlum deyil. Hadisənin təfərrüatı aydınlaşdırılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   cinayət  





Xəbər lenti