Zərif Bəşər Əsədlə görüşdü

Zərif Bəşər Əsədlə görüşdü
  20 Aprel 2020    Oxunub:2762
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriyaya səfər edib.
Azvision.az xəbər verir ki, səfər zamanı Zərif Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

Bundan əlavə, Zərif suriyalı həmkarı Valid əl-Muallemlə də görüş keçirib. İki ölkə rəsmiləri qarşılqlı münasibətlər, regional vəziyyət və terrorla mübarizə məsələlərini müzakirə ediblər.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İran   Suriya   Zərif   Əsəd  





Xəbər lenti