15 gündə 80 mindən çox əmək müqaviləsi rəsmiləşdirilib

 15 gündə 80 mindən çox əmək müqaviləsi rəsmiləşdirilib
  20 Aprel 2020    Oxunub:2630
“Aprelin 5-dən etibarən əmək müqaviləsi olmadan şirkətlər, təşkilatlar işçilərinə icazə ala bilmirlər. Bunun nəticəsidir ki, həmin tarixdən bu günə qədər 80 mindən artıq yeni müqavilə rəsmiləşdirilib”.
Azvision.az xəbər verir ki, bunu “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov “Real TB”-nin efirində deyib.

Onun sözlərinə görə, bəzi təşkilatlar əmək müqaviləsi ilə yox, xidməti müqavilə ilə əməkdaşı çalışdırırlar: “Bu zaman işçinin vergi ödəyicisinin elektron nömrəsi (VÖEN) daxil edilməklə icazə alına bilər. Bununla yanaşı, könüllü təşkilatlarına da imkan yaradılıb ki, öz könüllü nümayəndələrinə icazə ala bilsinlər”.

F.Cəfərov, həmçinin bildirib ki, qısa zamanda elektron kənd təsərrüfatı sistemi “icaze.e-gov.az” portalına inteqrasiya etdirilib: “Bunun nəticəsində 500 mindən çox fermerə icazə verilib. Bununla yanaşı şəxsiyyət vəsiqəsi bazası sisteminə inteqrasiyalar etməklə təşkilatların işi daha da asanlaşdırıldı. İndiyə qədər olan aktiv icazələrin müddətini mayın 4-ə qədər avtomatik uzatmışıq”.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   İcazə   Müqavilə  





Xəbər lenti