2.7 milyon vətəndaş SMS icazə sistemindən istifadə edib - RƏSMİ

2.7 milyon vətəndaş SMS icazə sistemindən istifadə edib -  RƏSMİ
  20 Aprel 2020    Oxunub:3489
“Bu günə qədər “icaze.e-gov.az” portalı vasitəsilə 49 min 162 təşkilat tərəfindən 740 min 324 aktiv icazə alınıb”.
Azvision.az xəbər verir ki, bunu “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov “Real TV”-nin efirində deyib.

Onun sözlərinə görə, 8103 SMS icazə sistemi vasitəsilə 10 milyondan artıq icazə verilib: “İlk dövrlərdə kifayət qədər formata uyğun olmayan SMS göndərilirdi. Ötən günün statistikasına baxanda görürük ki, 83 faiz insana müsbət cavab verilib. Gündəlik olaraq 900 min - 1 milyon arası SMS göndərilirsə, bunun təqribən 83 faizinə və ya 830 mininə müsbət cavab verilib”.

F.Cəfərov bildirib ki, SMS-lər 1 saniyə ərzində cavablandırılır: “Yəni vətəndaş dərhal cavab ala bilir. 2.7 milyon vətəndaş SMS icazə sistemindən istifadə edib. Günün saatlarına uyğun götürsək, əsasən 10:00-13:00 və 15:00-21:00-a qədər SMS-lərin göndərilməsinə üstünlük verilir”.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İcazə   SMS  





Xəbər lenti