3 yaşlı uşağı maşın vurub öldürdü

3 yaşlı uşağı maşın vurub öldürdü
  20 Aprel 2020    Oxunub:3165
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 18-də saat 8 radələrində Lənkəran rayonunun Digah kəndi ərazisində Göyşaban kənd sakini M.Əlizadə idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini, 3 yaşlı Amili vurub.

Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti