Narkotacirdən yarım kiloqram tiryək götürülüb

Narkotacirdən yarım kiloqram tiryək götürülüb
  20 Aprel 2020    Oxunub:2055
Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirlib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən kənd sakini E.İbrahimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 501 qramdan artıq tiryək aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti