Avtomobildən 8200 manat oğurlandı

Avtomobildən 8200 manat oğurlandı
  20 Aprel 2020    Oxunub:3718
Sumqayıtda avtomobildən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də H.Z.Tağıyev qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildən 8200 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti