ABŞ-da karantin rejiminin ləğvi tələbi ilə mitinq keçirildi

 ABŞ-da karantin rejiminin ləğvi tələbi ilə mitinq keçirildi
  20 Aprel 2020    Oxunub:3040
ABŞ-ın paytaxtı Vaşinqtonda iki mindən çox insan karantin rejiminin ləğv edilməsi tələbi ilə mitinq keçirib.
Azvision.az xəbər verir ki, bu barədə "Seattle Times" nəşri məlumat yayıb.

Mitinqi republikaçı konqresmenlər təşkil edib. Respublikaçılar Partiyasının üzvü Robert Sazerland səlahiyyətlilərin həvəskar balıq ovunu qadağan etdiyi təqdirdə şəhər sakinlərini üsyan etməyə çağırıb.

Polis mitinqin dinc şəraitdə keçirildiyini, etirazçıların saxlanılmadığını bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABÇ   Mitinq  





Xəbər lenti