Karantini pozub futbol oynayanlar cərimələndi

Karantini pozub futbol oynayanlar cərimələndi
  20 Aprel 2020    Oxunub:2552
Oğuzda karantin rejimini pozaraq futbol oynayan şəxslər cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman rayonun Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq, futbol oynadıqlarını müəyyən ediblər.

Həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimə ediliblər.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti