Kanadada silahlı şəxs 16 nəfəri öldürdü

 Kanadada silahlı şəxs 16 nəfəri öldürdü
  20 Aprel 2020    Oxunub:2686
Kanadanın Yeni Şotlandiya əyalətinin Portapik şəhərində silahlı insident baş verib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı Qabriel Uortman Portalik şəhərində və daha sonra bir sıra digər yaşayış məntəqələrində insanlara atəş açıb.
Nəticədə 16 nəfər dünyasını dəyişib. Ölənlərin arasında bir polis əməkdaşı da var.

Cinayətkar hüquq-mühafizə orqanının əməkdaşı olmasa da, əynində polis forması olub və patrul avtomobilində hərəkət edib. 12 saat davam edən axtarışlardan sonra cinayətkar tapılıb. O, polisə atəş açdığı üçün zərərsizləşdirilib.

Qeyd olunub ki, silahlı insident terror aktı kimi qiymətləndirilmir.

Azvision.az


Teqlər: Kanada  





Xəbər lenti