Rusiyadakı səfirliyimizdən vətəndaşlara müraciət

   Rusiyadakı səfirliyimizdən vətəndaşlara müraciət
  20 Aprel 2020    Oxunub:3771
Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti olaraq bağlanmış və Azərbaycan Respublikasının bir sıra vətəndaşları məcburən Rusiya Federasiyası ərazisində qalmışlar.

Onların vətənə qayıdışını təşkil etmək məqsədi ilə cari ilin 18 aprel tarixindən www.evegedirem.info portalı fəaliyyətə başlamışdır. Burada Azərbaycan vətəndaşları onlayn qeydiyyatdan keçərək elektron növbə ardıcıllığı əldə edirlər ki, həmin ardıcıllığa uyğun olaraq da vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri müəyyən edilir.

Bununla əlaqədar, Səfirliyin qaynar xəttinə qeydiyyatdan keçirilmək xahişi ilə çoxsaylı zənglər daxil olur. Bildiririk ki, 18 aprel 2020-ci il saat 10:00-dan etibarən Səfirlik sözügedən saytda Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmır. Azərbaycana getmək istəyən hər bir vətəndaş şəxsən müvafiq sahələri doldurmalı və sıra nömrəsini almalıdır.

Azvision.az


Teqlər: Rusiya   XİN  





Xəbər lenti