Ermənistanın Birinci kanalı Paşinyanı ələ saldı - VİDEO

  Ermənistanın Birinci kanalı Paşinyanı ələ saldı -    VİDEO
  20 Aprel 2020    Oxunub:5781
Ermənistanın İctimai Televiziyasında (Birinci Kanal) baş nazir Nikol Paşinyanla bağlı yayımlanan video qalmaqala səbəb olub.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın xalqa müraciətindən əvvəl qeydə alınan görüntülər yayılıb. Həmin videoda baş nazirin qəribə hərəkətləri və davamlı olaraq öskürməsi diqqət çəkib.


Məsələ ilə bağlı Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qriqoryan bildirib ki, canlı yayımdan əvvəl lentə alınan kadrları efirə vermək kanal işçilərinin peşəkar olmamasını göstərir. Hökumət sözçüsü kanal rəhbərliyindən baş verənlərə aydınlıq gətirməyi tələb edib.

Sosial şəbəkə istfadəçiləri İctimai kanalda yayımlanan görüntüləri montaj edərək Paşinyanı ələ salmağa başlayıblar. Belə ki, Paşinyan öskürdüyü zaman fona koronavirus fotoları yerləşdirərək baş nazirin virusa yoluxduğuna işarə ediblər.

Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti