KXDR təkzib etdi: Trampa məktub göndərilməyib

  KXDR təkzib etdi:  Trampa məktub göndərilməyib
  19 Aprel 2020    Oxunub:3505
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampa məktub göndərməyib.
Azvision.az xəbər verir ki, bu barədə KXDR-ın Xarici İşlər naziri Li Son Qvon bəyan edib.

"Bəlkə, ABŞ Prezidenti özünün köhnə dostlarını xatırlayıb, amma bizim liderimiz Trampa heç bir məktub göndərməyib", - XİN rəhbəri vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Tramp Kim Çen Indan çox yaxşı məktub aldığını açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KXDR  





Xəbər lenti