İran ABŞ-ın köməyini qəbul etmədi

İran ABŞ-ın köməyini qəbul etmədi
  19 Aprel 2020    Oxunub:3406
İran ABŞ-ın süni nəfəs aparatları ilə bağlı təklifini rədd edib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib. O deyib ki, İran ABŞ Prezidenti Donald Trampın təklif etdiyi süni nəfəs aparatlarına ehtiyac duymur.

"Prezident Tramp, İran özü bir neçə aydan sonra ventilyasiya aparatları ixrac edəcək. Sizin etməli olduğunuz yeganə iş başqa millətlərin, xüsusən də xalqımın işlərinə qarışmağı dayandırmanızdır. Və inanın ki, biz heç bir Amerika siyasətçisinin tövsiyələrini qəbul etmirik", deyə Zərif "Twitter" hesabında yazıb.

Tramp Ağ Evdə keçirilən mətbuat konfransında bildirmişdi ki, əgər İran istəsə, ABŞ kömək göstərə və bu ölkəyə süni nəfəs aparatları göndərə bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   ABŞ   Koronavirus  





Xəbər lenti