“Putin özünü əsl centlmen kimi apardı” - Tramp
Onun sözlərinə görə, neft hasilatını azaltmaq üçün sazişin müzakirəsi zamanı rusiyalı həmkarı Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman İbn Əbdüləziz Əl-Səud ilə sıx təmasda olub
"Putin özünü əsl centlmen kimi apardı və bizim etdiklərimiz həqiqətən vacib idi", - deyə Tramp əlavə edib.
Xatırladaq ki, aprelin 12-də OPEC + ölkələri may-iyun aylarında neft hasilatını gündə 9,7 milyon barel azaltmaq barədə razılığa gəldilər.
Pərvanə Sultanova
Azvision.az