Zərif Bəşər Əsədlə görüşə gedir

Zərif Bəşər Əsədlə görüşə gedir
  19 Aprel 2020    Oxunub:2925
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Suriyaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədı İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi bildirib. Onun sözlərinə görə, səfər aprelin 20-nə planlaşdırılır.

Zərif Suriya Prezidenti Bəşər Əsəd və həmkarı Valid Muallemlə görüşəcək. Danışıqlar zamanı ikitərəfli münasibətlər, regiondakı vəziyyət, terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Zərif   Suriya   Səfər  





Xəbər lenti