Laçınlı məcburi köçkün Prezidentə məktub yazdı

Laçınlı məcburi köçkün Prezidentə məktub yazdı
  19 Aprel 2020    Oxunub:3309
“Hörmətli cənab Prezident, Siz bizi - şəhid ailələrini, məcburi köçkünləri həmişə hər cür diqqət və qayğı ilə əhatə etmisiniz. İndiki qayğılı günlərdə bu diqqət daha da artıb. Qarabağ müharibəsi əlilləri, aztəminatlı ailələr də dövlətin dəstəyindən yararlanır, maddi yardımlar alırlar.
Azvision.az xəbər verir ki, bu sözləri Laçın rayonundan məcburi köçkün, hazırda Bakının Xətai rayonunda yaşayan Sənani İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubunda bildirib.

O, məktubda daha sonra yazır: Cənab Prezident, ailəmiz karantin rejiminin bütün tələblərinə əməl edir və heç nədən korluq çəkmir. Çünki arxamızda Siz və dövlətimiz dayanıb. İnanırıq ki, qəbul etdiyiniz qərarlar xalqımızı qısa müddət ərzində pandemiya bəlasından xilas edəcək”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti