Vətəndaşlar Prezident İlham Əliyevə təşəkkür edirlər

   Vətəndaşlar Prezident İlham Əliyevə təşəkkür edirlər
  19 Aprel 2020    Oxunub:2894
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Azvision.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Gəncə şəhər sakini Gülnar Hüseynovanın təşəkkür məktubunda qeyd edilir ki, çətin anlarda, xalqın ağır günlərində onun yanında olmaq, onun taleyini düşünərək qabaqlayıcı tədbirlər görmək - bütün bunlar Prezident İlham Əliyevə xas olan xüsusiyyətlərdir:

"Çox hörmətli cənab Prezident.

Nə yaxşı ki, Siz bizim ölkəmizin – Ulu Öndərimizin memarı olduğu müasir Azərbaycanımızın rəhbərisiniz. Nə yaxşı ki, bu çətin anlarda bizim arxamızdasınız, güvən yerimizsiniz. Burada bir deyim yada düşür:

“Yaxşı ki, dünyada yaxşı var imiş, yoxsa tərk olardıq yaman əlindən”. Çətin anlarda, xalqın ağır günlərində onun yanında olmaq, onun taleyini düşünərək qabaqlayıcı tədbirlər görmək - bütün bunlar Sizə xas olan xüsusiyyətlərdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətində o qədər yaxınlıq, istilik duyulurdu ki, sanki ana qayğısı, bacı mərhəməti, nənə şəfqəti idi.

Mən bir sadə vətəndaş, bir müəllim olaraq bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm".

Mingəçevir şəhər sakini Nurcamal Əsgərova isə yazır ki, ölkəmizdə aparılan işlər, görülən tədbirlər bir vətəndaş olaraq onu qürurlandırır:

"Biz əminik ki, Azərbaycan xalqının sağlamlığının qorunması sahəsində apardığınız məqsədyönlü tədbirlər tezliklə ölkəmizin koronavirus xəstəliyindən qurtulmasına imkan verəcəkdir. Bu sahədə aparılan işlər Sizin birbaşa rəhbərliyiniz və tapşırıqlarınızla həyata keçirilir. Siz hər bir vətəndaşın sağlamlığını düşünürsünüz. Sizin göstərişlərinizlə görülən bütün tədbirlər hər bir vətəndaşın sağlamlığının təmin olunmasına xidmət edir. Biz bunu yaxşı başa düşürük və bu mübarizədə daim Sizinlə həmrəyik.

Cənab Prezident, bu yolda Sizə uğurlar, cansağlığı arzu edirik. Ulu Tanrı Sizi qorusun. Biz hər zaman Sizinləyik".

Şəki şəhər sakini Sevil İbrahimovanın minnətdarlıq məktubunda isə qeyd edilir:

"Hörmətli Prezidentim. Sizin dövlətimiz üçün apardığınız islahatlar, xarici siyasətiniz və xalqımızın rifahı naminə gördüyünüz işlər bizim tərəfimizdən həmişə alqışlanmışdır. Bu gün isə bu çətin vəziyyətdə xalqımızın pandemiyadan qorunması naminə gördüyünüz qabaqlayıcı tədbirlər Sizin nə qədər uzaqgörən və millətini sevən bir rəhbər olduğunuzu bir daha göstərdi. Biz Sizinlə fəxr edirik və qürur duyuruq".

Şəmkir rayonu sakini Bahar Hacıyeva yazır ki, dünyanı cənginə alan COVİD-19 pandemiyası, təəssüf ki, Azərbaycandan da yan keçmədi:

"Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunmuş, qısa zaman ərzində əhalinin qorunması ön plana çəkilmişdir. Ulu öndər Heydər Əliyevin siyasətini qoruyub saxladığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi və ailənizi qorusun. Əminik ki, gələcəkdə də bütün addımlarınızı xalqın rifahı naminə atacaqsınız. Sizə sonsuz təşəkkür edirəm. Biz Sizinlə fəxr edirik. Sizə və ailənizə möhkəm cansağlığı arzu edirik".

Paytaxt sakini Aysel Əliyeva təşəkkür məktubunda vurğulayır:

"Çox hörmətli Prezidentimiz.

Sizə və ailənizə cansağlığı arzu edirəm. Çox sağ olun ki, bu çətin günlərdə bizlərə dəstəyinizi əsirgəmirsiniz. İşə çıxmasaq belə əməkhaqlarının ödənilməsi, səhiyyə işçilərinə böyük dəstəyiniz, tələbələrin təqaüd və təhsil haqlarının ödənilməsi, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün edilən maddi yardımlara görə bütün gənclər adından Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm. Çox sağ olun, cənab Prezident. Allah Sizləri, övladlarınızı, gözəl nəvələrinizi qorusun. Mən Sizi çox istəyirəm. Siz çox yaxşı insan və dövlət başçısısınız".

Lənkəran rayonu sakini, Qarabağ müharibəsi əlili Saleh İsrafilov isə yazır ki, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmaması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl və məqsədyönlü tədbirlər Qarabağ müharibəsi əlili olaraq onu çox sevindirir:

"Ölkəmizdə və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən bu tədbirlər Sizin uğurlu siyasətinizin mərkəzində insan amilinin, insana və vətəndaşa yüksək qağının dayandığını əyani şəkil sübut edir.

Əziz Prezidentimiz, xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin 1990-cı illərdə müstəqilliyimizi, dövlətçiliyimizi, xalqımızı faciələrdən qoruduğu kimi, Siz də bu gün xalqımızı çox böyük bəladan qoruyur, hər bir vətəndaşın sağlamlığının qayğısına qalırsınız.

Çox hörmətli Prezidentimiz, inanırıq ki, Sizin və ölkəmizin Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə xalqımız bu bəladan da uğurla çıxacaqdır. Gördüyünüz misilsiz işlərə görə Sizə və Mehriban xanıma minnətdarlığımı bildirirəm.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi, ölkəmizin daha da inkişafı yolunda biz - müharibəsi veteranları daim Sizinləyik. Uca Allah Sizi qorusun".

Digər bir paytaxt sakini Gülarə Verdiyeva qeyd edir ki, hazırda dünyada tüğyan edən koronavirus epidemiyası bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib:

"Lakin Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər həm iqtisadiyyatımızın, həm də maliyyə sistemimizin böhrandan xilas olmasına, eləcə də xalqımızın bu pandemiyadan maksimum qorunmasına gətirib çıxarıb. Nəhəng dövlətlərin virus qarşısında aciz qaldığı, vətəndaşını qoruya bilmədiyi bir zamanda məhz Sizin qabaqlayıcı tədbirləriniz sayəsində bizlər çox arxayınıq və rahatlıqla öz həyatımızı yaşayır, pandemiyadan maksimum şəkildə qorunur, daha az zərər görürük. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün ölkəmizdə münbit şərait yaradılıb.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Hər bir vətəndaşımız Sizin nəcib və nümunəvi addımınza həmrəylik göstərərək, xalq-iqtidar birliyini nümayiş etdirib ölkəmizin bu böyük bəladan qurtulması, eləcə də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması naminə əlindən gələni əsirgəmir.

Möhtərəm cənab Prezident, bizim rahatlığımız və sağlamlığımız üçün verdiyiniz hər bir qərarda vətəndaşlarımızın sosial vəziyyətini düşündüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm".

Saatlı rayonu sakinləri Mirkamal Zeynallı və Rəmayə Zeynallı da Prezident İlham Əliyevə təşəkkür edirlər:

"Yeni növ koronovirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, vaxtında atılan addımlara, insanların sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarıq. Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğı ilə bunu bir daha nümayiş etdirdiniz. Biz Zeynallılar ailəsi gördüyünüz bütün işlərə, ölkəmiz və xalqımız üçün göstərdiyiniz tarixi xidmətlərə görə Sizə və Birinci xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımızı bildiririk. Allah Sizləri qorusun, cənab Prezident".

Xaçmaz rayonu sakini Şəhriyar Əhməd məktubunda bildirir ki, bu gün dünya gözlə görünməyən düşmənlə üz-üzədir.

"Koronavirus pandemiyası demək olar ki, bütün dünyanı əhatə edib və iflic vəziyyətinə salıb.

Cənab Prezident, Azərbaycan əhalisini koronavirus təhlükəsindən qorumaq üçün Siz ilk gündən etibarən çevik qərarlar qəbul etdiniz və qabaqlayıcı tədbirlər gördünüz. Sizin çox uzaqgörən, mühüm və düşünülmüş qərarlarınız bizi bu gün faciə ilə üzbəüz qalan və ondan əziyyət çəkən inkişaf etmiş ölkələrin taleyindən xilas etdi. Həmişə olduğu kimi, bu ağır dövrdə də Siz sadə vətəndaşların yanındasınız və öz qayğınızı heç kimdən əsirgəmirsiniz. Biz Sizə inanırıq.

Biz əminik ki, koronavirusa qarşı mübarizədə Sizin qəbul etdiyiniz həlledici qərarlar insanlarımıza bu bəladan az itkilərlə qurtulmağa yardım edəcək. Biz buna görə Sizə minnətdarıq. Məsuliyyətli işinizdə Sizə səbir və qüvvət arzulayırıq.

Allahdan Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı arzu edirəm. Azərbaycan xalqı daim Sizinlədir. Biz Sizi çox sevirik".

Daşkəsən rayonu sakinləri Şəfəq Bayramova və Fəqani Qənbərovun təşəkkür məktubunda qeyd edilir ki,Azərbaycan Prezidentinin gördüyü bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır:

"Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı Sizin üçün hər şeydən üstündür. Bunu hər bir Azərbaycan vətəndaşı görür və qiymətləndirir.

Siz Azərbaycanın milli-mənəvi və tarixi dəyərlərini, ənənələrini yaşatmaqla xalqımızın çoxəsrlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət ənənələrini də təbliğ edirsiniz.

Tərəfinizdən koronavirus pandemiyasının qarşısının alınması üçün görülən bütün tədbirləri alqışlayır və dəstəkləyirik. Biz Sizinlə güclüyük".

Ağdam rayonu sakinləri Cabir Allahverdiyev və Cəmil Hacıyev yazırlar:

"Hörmətli cənab Prezident. Tapşırığınıza əsasən koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində həssas təbəqəyə xüsusi diqqət yetirilməsi bizim heç bir halda tək olmadığımızı göstərir. İndiki şəraitdə bizə sahib çıxdınız, bütün təbəqələrə dəstək verdiniz, hamıya kömək etdiniz. Bu qayğının və qətiyyətli mövqeyinizin sayəsində xalqımız bütün çətinliklərin öhdəsindən uğurla gələcək.

Sizin çağırışlarınıza cavab olaraq xalqımız əsrlər boyu yaratdığı gözəl ənənələri bu gün nümayiş etdirir. Həkimlərimiz, polislərimiz səfərbər olub gecə-gündüz çalışır, bütün bölgələrdə hamı birləşib aztəminatlı ailələrə yardım edir. Hər gün aldığımız xəbərlər zəhmətinizin səmərə verəcəyindən, yaxın günlərdə çətinliyin arxada qalxacağından xəbər verir.

İstirahət etmədən çalışdığınıza görə Sizə minnətdarlığımızı bildirir, yeni-yeni uğurlar arzulayırıq".

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti