Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub
  19 Aprel 2020    Oxunub:2651
Türkiyənin Kayseri şəhərində zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinin (AFAD) yaydığı məlumata görə, yeraltı təkanların gücü 3.5 bal olub. Zəlzələnin ocağı yerin 7.2 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti