Mənəviyyat virusları - Sahib Alıyevin şərhi

 Mənəviyyat virusları -  Sahib Alıyevin şərhi
  18 Aprel 2020    Oxunub:4617
Koronavirusun yaratdığı vəziyyətlə bağlı dövlətdən 190 manat yardım alanların sayı Prezident İlham Əliyevin tapşırığı ilə 3 dəfə artırılaraq 200 mindən 600 minə çatdırıldı. Yəni 600 min Azərbaycan vətəndaşı 2 ay ərzində dövlətdən 380 manat yardım alacaq.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. Onun sözlərinə görə, sosial şəbəkədə ölkələrdən birində ehtiyacı olanlara göndərilən uzağı 70-80 manatlıq ərzaq yardımını gözə soxaraq "Azərbaycanda bu niyə yoxdur",- deyənlər əgər tapşırıq yerinə yetirmir, sadəcə hövsələsizlik edirdilərsə, yəqin dövlətimizin atdığı addımları görüb utanacaq, eyni zamanda da azərbaycanlı kimi qürurlanacaqlar.

"Ancaq bəzi mənəviyyat virusları var ki, onların niyyəti başqa olduğundan yenə öz amplualarındadırlar. Virus demişkən, yəqin aranızda ingilislərin qədim, qədim olduğu qədər də məşhur "Nature" jurnalını oxuyanlar var. Orada müxtəlif vaxtlarda viruslarla bağlı iki yazı dərc edilmişdi. Birinci yazıda bəzi böyük virusların tərkiblərində fərqli gen daşıyıcılı kiçik virusların olduğu, ikinci də isə virusların öz aralarında xəbərləşdikləri, birinin digərinin qoyduğu izlərdən nəticə çıxararaq ona uyğun hərəkət etdikləri bildirilirdi. Bunları niyə yazıram, fikrimcə, bəzi qruplaşmalar və adamlar öz hərəkətləriylə virusa bənzəyirlər- mənəviyyat viruslarına.

Məsələn, içərisində fərqli dövlətlərə bağlı pozucu elementlərin cəmləşdiyi Mİlli(millimi?) Şura elə bil "Nature" dəgisində gedən məqalədən misal gətirdiyim müxtəlif gen daşıyıcıları olan kiçik virusları özündə birləşdirən o böyük virusdur ki, durub. Və bu qruplaşmanın başındakılarla 1993-cü ildə onları hakimiyyətdən qovan hazırda Rusiyada olan birinin son zamanlar sərgilədikləri davranışa baxanda isə bu mənəviyyat viruslarının da "Nature" də qeyd edildiyi kimi bir-birilərinə pas ötürdüklərini, yaxud da pozuculuqda birinin digərindən geri qalmamağa cəhd etdiyini görməmək mümkün deyil".

Deputatın fikrincə, ikinci virus, birincilərdən savad baxımından azacıq axsaq, eyni zamanda fərqli çevrəyə bağlı olduğundan onların demokratiya kağızına büküb pafosla çatdırdıqlarını oğru dilində izhar edir:

"Mİlli(millimi?) Şuranın başbilənləri okeanın o tayındakı ölkənin bizdən uzaq olduğu qədər demokratiyadan uzaq olduqları halda ondan dəm vurduqları kimi, Qarabağdakı qara əməlləriylə yadda qalan birisi də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını Göyçə və Zəngəzuru haylara verməkdə ittiham edərək gəlib o torpaqları da geri qaytaracağını bildirir.

Bir sözlə, bu viruslar koronavirusun yaratdığı çətinliklərdən və bəzi hallarda isə meydana çıxan, yaxud da çıxa biləcək narazılıqlardan faydalanaraq yenindən dövlətin canına daraşmağı, ötən əsrin 90-cı illərinin əvvəlində olduğu kimi onu iflic etməyi hədəfləyirlər. Amma bir şeyi unudurlar ki, yoluxdurmaq istədikləri Azərbaycan o vaxtkı Azərbaycan deyil, onlara qarşı yaddaş adlı peyvənd və dövlətimizin timsalında güclü bir imuniteti var".

Azvision.az


Teqlər: Sahib-Alıyev   Deputat  





Xəbər lenti