Deputat: "Heç kim diqqətdən kənarda qalmadı"

 Deputat:  "Heç kim diqqətdən kənarda qalmadı"
  19 Aprel 2020    Oxunub:2874
Əhalinin həssas təbəqəsinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi birbaşa Azərbaycan dövlətinin vətəndaşların yanında olmasının göstəricisidir.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti, ölkə rəhbərliyi indiyədək olduğu kimi, hazırki həssas məqamda da hər bir vətəndaşa öz dəstəyini ifadə edir.

“Bu günə qədər bir çox şirkətlər işçi sayını gizlədirdi. Bəzi işçilər əmək müqaviləsinin bağlanmasında maraqlı deyildi. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti indiki çətin durumda onlara da yardım əlini uzatdı, ehtiyacı olanların yanında oldu. Heç kim diqqətdən kənarda qalmadı".

Komitə sədrinin sözlərinə görə, bunun mahiyyəti odur ki, məhz Azərbaycan dövləti, Azərbaycan Prezidenti xalqın həssas təbəqəsinə, onları narahat edən məsələlərə həssaslıqla yanaşır: "O cümlədən, ünvanlı sosial yardım aztəminatlı ailələrə və minimum ehtiyac meyarından aşağı yaşayan şəxslərə verilir. Həmin ailələrə verilən ünvanlı sosial yardımın bitmə müddətinin 1-2 ay uzadılması da bu işlərin davamıdır və çox mühüm əhəmiyyət kəbs edir. Görülən bütün işlərin mərkəzində Azərbaycan vətəndaşları dayanır”.

Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti