Zaqatalada karantini pozan 5 nəfər cərimələndi

Zaqatalada karantini pozan 5 nəfər cərimələndi
  18 Aprel 2020    Oxunub:3017
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman verilmiş icazələrdən sui-istifadə edən, SMS icazə sisteminə gün ərzində bir neçə dəfə ayrı-ayrı kodlarla SMS göndərən, eləcə də icazə üçün müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq, küçədə hərəkətinə davam edən şəxsləri müəyyən ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, qaydaları pozduqları üçün həmin rayon sakinləri - Tural Məmmədov, Çingiz Həsənov, Ramin Sultanov, Nəcəf Süleymanov və Tərlan Ramazanov barəsində İnibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.



Azvision.az



Teqlər: DİN  





Xəbər lenti