Keçmiş icra başçısının və deputatın oğlu işdən çıxarıldı

Keçmiş icra başçısının və deputatın oğlu işdən çıxarıldı
  18 Aprel 2020    Oxunub:4777
Milli Məclisdə struktur islahatları davam etdirilir.
Azvision.az -ın məlumatına görə, Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Elmir Vəliyev vəzifəsindən azad edilib.

Bundan əlavə, deputat İlham Məmmədovun oğlu Tural Məmmədov da Milli Məclis Aparatındakı işindən kənarlaşdırılıb.

Qeyd edək ki, Elmir Vəliyev Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğludur.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti