Hökməlidə qardaşlar maşın oğurladı

Hökməlidə qardaşlar maşın oğurladı
  18 Aprel 2020    Oxunub:2584
Aprelin 17-nə keçən gecə Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini M.Qarayevə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri E.İbadov və qardaşı NBPİ Biləcəri XPŞ-nin Keşlə Xətt Polis Məntəqəsi və Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıblar. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti