Ötən gün 2185 sürücü və sərnişin cərimələndi

 Ötən gün 2185 sürücü və sərnişin cərimələndi
  18 Aprel 2020    Oxunub:2853
Son bir gündə respublika yollarında xüsusi karantin rejimi qaydalarını pozanların sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Azvision.az -a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 17.04.2020-ci il saat 00:00-dan 18.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 185 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az



Teqlər: DYP   Koronavirus  





Xəbər lenti