Goranboyda yanğın olub

Goranboyda yanğın olub
  18 Aprel 2020    Oxunub:2059
Goranboy rayonunun Şəfibəyli kəndində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, kənddə ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və digər otağının tavanı 2 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti