Xaçmazda silahlı insident olub

Xaçmazda silahlı insident olub
  18 Aprel 2020    Oxunub:3330
Xaçmaz rayonunda silahlı insident baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, aprelin 16-da saat 23 radələrində Xaçmaz rayonunun Ağtala kəndi ərazisində kənd sakini F.Quliyevin münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb. F.Quliyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Xaçmaz   İnsident  





Xəbər lenti