Qarabağda koronavirusa yoluxanların sayı yenə artdı

Qarabağda koronavirusa yoluxanların sayı yenə artdı
  17 Aprel 2020    Oxunub:3053
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirusa daha bir yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, testdən keçirilən 11 nəfərdən birinin analiz nəticəsi müsbət olub. Həmin şəxs daha əvvəl yoluxmuş xəstə ilə təmasda olan tibb işçisidir. Bununla da Qarabağda koronavirusa yoluxanların sayı 7-yə çatıb.

Qeyri-rəsmi məlumatlarda isə virusa yoluxma sayının daha çox olduğu bildirilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Koronavirus  





Xəbər lenti