"Qarabağ münaqişəsinin nizamlanması üzrə iş davam etdirilir” - Zaxarova

 "Qarabağ münaqişəsinin nizamlanması üzrə iş davam etdirilir” -  Zaxarova
  17 Aprel 2020    Oxunub:2405
"Koronavirus pandemiyasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə iş davam etdirilir”.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Rusiya XİN rəhbərinin azərbaycanlı və erməni həmkarları ilə telefon danışıqlarına diqqət çəkən Zaxarova bildirib ki, tərəflər həmin danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərə toxunublar.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə də mütəmadi təmaslar aparılır.

"Məsləhətləşmələr zamanı koronavirus infeksiyası və onun danışıqlar prosesinə təsiri, Qarabağ münaqişəsinin nizamlanması, sərhəddə və qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunur”, - deyə XİN nümayəndəsi əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Qarabağ   Koronavirus  





Xəbər lenti