Tacikistan Prezidentinin oğlu parlament sədri oldu

Tacikistan Prezidentinin oğlu parlament sədri oldu
  17 Aprel 2020    Oxunub:2710
Tacikistan Prezidentinin böyük oğlu Rustam Emomali ölkə parlamentinin yuxarı palatasının sədri seçilib.
Azvision.az "Sputnik Tacikistan"a istinadən xəbər verir ki, o, parlamentin aşağı və yuxarı palatalarının bu gün keçirilən iclasında spiker seçilib.

Daha əvvəl prezidentin oğlu Gömrük Xidmətinin və Korrupsiya ilə Mübarizə agentliyinin sədri olub. 2017-ci ildə isə Düşənbənin meri vəzifəsində çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tacikistan  





Xəbər lenti