Bərdədə oğurluq edən şəxslər tutulub

Bərdədə oğurluq edən şəxslər tutulub
  17 Aprel 2020    Oxunub:2015
Bərdədə oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 15-də rayon ərazisindəki köşklərin birindən 1500 manat dəyərində tütün məmulatı, müşahidə kamerası və kameranın yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bərdə şəhər sakinləri V.Əhmədov və E.Qasımov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti