Dünya çempionu koronavirusdan öldü

   Dünya çempionu koronavirusdan öldü
  17 Aprel 2020    Oxunub:3540
İngiltərə millisinin heyətində 1966-cı ildə dünya çempionu olan Norman Hanter koronavirusdan vəfat edib.
Azvision.az xəbər verir ki, 77 yaşlı keçmiş futbolçu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Hunterin koronavirus testi aprelin 10-da müsbət çıxıb və o, xəstəxanaya aparılıb.

Qeyd edək ki, Norman Hunter 1962 - 1976-cı illərdə "Lids Yunayted"in formasını geyinib. O, iki dəfə (1968/1969, 1973/1974) İngiltərə çempionatının qalibi olub.

Kənan Məmmədov
Azvision.az



Teqlər: Koronavirus   COVİD-19   Futbolçu  





Xəbər lenti