Komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək

Komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
  17 Aprel 2020    Oxunub:1784
Parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, sənədə əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri komitələrin iclaslarının müəyyən dövr üçün videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Xatırladaq ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin komitə iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək və real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcəkdi.

Qanun layihəsi bu il dekabrın 30-dək qüvvədə olacaq.

Sənəd III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Azvision.az


Teqlər:





Xəbər lenti