“Bibiheybət” zavodunda 73 gəmi təmir olunub

“Bibiheybət” zavodunda 73 gəmi təmir olunub
  17 Aprel 2020    Oxunub:2415
Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda 73 müxtəlif təyinatlı gəmi təmir edilib.
Bu barədə Azvision.az -a ASCO-dan məlumat verilib.

Gəmilərin 20-si əsaslı, 43-ü tərsanə, 9-u cari, 1-i isə qəza səbəbindən təmir olunub. Bu üzən vasitələrin 67-si ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 2-si Dəniz Nəqliyyatı Donanmasına, 4-ü isə kənar təşkilatlara aiddir.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.

Azvision.az


Teqlər: Gəmi   Təmir   ASCO  





Xəbər lenti