Energetika Nazirliyi də qanvermə aksiyasına qoşuldu

Energetika Nazirliyi də qanvermə aksiyasına qoşuldu
  17 Aprel 2020    Oxunub:2076
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi də qoşulub.
Bu barədə Azvision.az -a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu gün Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları Milli Hematologiya və Transfuziologiya Mərkəzində qanvermə aksiyasında iştirak ediblər.

Azvision.az


Teqlər: Energetika   Qan  





Xəbər lenti