112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

   112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
  17 Aprel 2020    Oxunub:1984
2019-cu ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsinə və araşdırılmasına maneçilik törətdiyinə görə bələdiyyələrin 131 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

Nazir müavini bildirib ki, həmin protokollar üzrə 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 protokola isə hazırda baxılmaqdadır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   iclas  





Xəbər lenti