Özbəkistanda daha 31 nəfər koronavirusa yoluxdu

Özbəkistanda daha 31 nəfər koronavirusa yoluxdu
  17 Aprel 2020    Oxunub:2312
Özbəkistanda sutka ərzində daha 31 nəfərdə yeni növ koronavirus aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hazırda ölkədə virusa yoluxanların ümumi sayı 1380 nəfərdir. İndiyədək 4 nəfər ölüb, 129 xəstə sağalıb.

Qeyd edək ki, Özbəkistan hakimiyyəti aprelin 1-dən ölkədə özünütəcrid rejimi tətbiq edib. Hazırda ölkədə 90 min nəfər karantin altındadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan   Koronavvirus   Covid-19  





Xəbər lenti