Ədliyyə naziri vətəndaşların videoqəbulunu keçirib

Ədliyyə naziri vətəndaşların videoqəbulunu keçirib
  17 Aprel 2020    Oxunub:2261
Dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal pandemiyaya qarşı qəti tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri preventiv və profilaktik işlər aparılır, kütləvi tədbirlərlə yanaşı açıq qəbullar təxirə salınıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq aprelin 16-da Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Şirvan şəhəri, Hacıqabul, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşların videoqəbulu keçirilib.

Şirvan regional ədliyyə idarəsi vasitəsilə əvvəlcədən qəbula yazılmış 15 vətəndaşın videokonfrans şəklində müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı nazirliyin videoqəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Bölgə sakinləri pandemiya şəraitində vətəndaşların müraciətlərinin dinlənilməsinin videokonfrans şəkildə təşkilindən məmnunluqlarını bildirib, onların qayğılarına həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti