Milli parkın mühafizə rejimini pozanlar cərimələndi

Milli parkın mühafizə rejimini pozanlar cərimələndi
  17 Aprel 2020    Oxunub:1975
Ağgöl Milli Parkının Beyləqan rayonu ərazisində gecə saatlarında mühafizə rejimini pozaraq hərəkət edən “QAZ 69” markalı 11-BA-771 dövlət nömrə nişanlı və “Vaz 21011” markalı 10-LC-148 dövlət nömrə nişanlı minik avtomobilləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a bildirilib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı balıq ovu üçün istifadə olunan alətlər və ovlanmış çəki balığı aşkar edilib.

Faktla bağlı Beyləqan rayon sakinləri Fuad Quliyev və Cabbar Cabbarov barəsində akt və protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub. “QAZ 69” markalı minik avtomobilində olan şəxslər isə avtomobili qoyaraq ərazidən uzaqlaşıblar.

Hazırda digər qanun pozucularının müəyyən edilməsi üçün zəruri tədbirlər görülür.

Azvision.az


Teqlər: AğgölMilliParkı  





Xəbər lenti