Fransa səfiri İlham Əliyevə təşəkkür məktubu yazdı

 Fransa səfiri İlham Əliyevə təşəkkür məktubu yazdı
  16 Aprel 2020    Oxunub:4212
Fransanın Azərbaycandakı səfiri Zakari Qros Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Azvision.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Azərbaycan Respublikasının Prezidenti.

Bəşəriyyət koronavirusun yaratdığı ağır problem ilə üz-üzədir. Pandemiya Fransanı da, Azərbaycanı da sınağa çəkib.

Bu çətin zamanda, Heydər Əliyev Mərkəzinin möhtəşəm binasının aprelin 5-də axşam Fransa bayrağının rənglərində işıqlandırılması ölkəmizdə dəyərli həmrəylik jesti olaraq yüksək qiymətləndirildi.

Bu dostluğun belə müstəsna ifadəsinə görə Fransa Prezidenti Emmanuel Makronun və bütün fransızların adından Sizə öz minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizə dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Azvision.az


Teqlər: Fransa   Səfir   Prezident  





Xəbər lenti