Miqrasiya Könüllülərindən nəcib təşəbbüs - FOTOLAR

Miqrasiya Könüllülərindən nəcib təşəbbüs -  FOTOLAR
  16 Aprel 2020    Oxunub:3139
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Dövlət Miqrasiya Xidmətinin (DMX) “Miqrasiya Könüllüsü” İctimai Birliyi xeyirxah tərəfdaşların dəstəyi ilə “Biz birlikdə güclüyük” aksiyasını davam etdirir.
DMX-dən Azvision.az -a bildirilib ki, aksiyanın daha bir məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə, ölkəmizdə qaçqın statusu alan əcnəbi şəxslərə, yaşı 65-dən yuxarı olan insanlara yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndiməkdir.

Aksiya çərçivəsində miqrasiya könüllülərinin iştirakı ilə bu qəbildən olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, onların digər ehtiyaclarının təmin olunması həyata keçirilib.

Miqrasiya Könüllülərinin nəcib təşəbbüsünə qoşulmaq istəyənlər əlaqə saxlaya bilərlər: email: [email protected], telefon (WhatsApp) :+994558113197, facebook: https://www.facebook.com/Miqrasiya.Konullusu/, Instagram: migrationvolunteers.








Azvision.az


Teqlər: Miqrasiyakönüllüləri  





Xəbər lenti