Diaspor fəalları arasında koronavirusa yoluxanlar var

   Diaspor fəalları arasında koronavirusa yoluxanlar var
  16 Aprel 2020    Oxunub:2534
Xaricdə yaşayan diaspor fəalları arasında koronavirus infeksiyasına yoluxanlar var. Bunlar Almaniya, İsveç, Fransa, ABŞ, Finlandiya, Ukrayna, Gürcüstan və Rusiyada olan fəallarımızdır.
Azvision.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, komitə tərəfindən diaspor fəallarının gündəlik vəziyyəti ilə maraqlanılır. Hazırda onların sağlıq durumları yaxşıdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Fuad-Muradov   Komitə  





Xəbər lenti