ÇİN-dən ABŞ-ın koronavirusla bağlı ittihamlarına cavab

ÇİN-dən ABŞ-ın koronavirusla bağlı ittihamlarına cavab
  16 Aprel 2020    Oxunub:3437
Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın yeni növ koronavirusun Uhan şəhərindəki bir laboratoriyadan yayılmasına dair iddiasına cavab verib.

Azvision.az -ın məlumatına görə, Çinin XİN rəsmisi Cao Licien bildirib ki, COVİD-19-un yayılma mənbəyi haqqında yalnız elm adamları və səhiyyə işçiləri danışa bilərlər.
O qeyd edib ki, ABŞ-ın iddiaları elmə əsaslanmır: "Bir daha xatırlatmaq istəyirəm ki, ÜST nümayəndələri COVİD-19 virusunun laboratoriyada hazırlanmasına dair hansısa bir sübut olmadığını bildiriblər".

Bundan əlavə, XİN rəsmisi koronavirusu bəşəriyyətin düşməni adlandırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin   ABŞ  





Xəbər lenti