TƏBİB sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi

  TƏBİB sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi
  16 Aprel 2020    Oxunub:2577
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə yayılan videogörüntülərə aydınlıq gətirib.
TƏBİB-dən Azvision.az -a daxil olan məlumatda bildirilib ki, son günlərdə Gəncə şəhər sakininin koronavirus testinin nəticəsi neqativ olduğu halda Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronoviruslu xəstələrlə birgə məcburi müalicəyə cəlb olunması barədə iddialar yayılıb.

Qeyd olunub ki, vətəndaşdan 11 və 13 aprel 2020-ci il tarixlərdə koronavirus analizi üçün nümunə götürülüb və hər iki testin nəticəsi pozitiv olub:

"Videomaterialda iddia edilir ki, vətəndaşa sms sistemi vasitəsilə testinin nəticəsinin neqativ olduğu barədə ismarıc göndərilib. Qeyd olunan məsələ dərhal TƏBİB tərəfindən araşdırılıb və məlum olub ki, sözügüdən şəxs eyni zamanda, Gəncə Şəhər 6 saylı Poliklinikanın qeydiyyat şöbəsinin əməkdaşıdır. Analiz üçün nümunələr götürülən zaman, bir neçə şəxs eyni telefon nömrəsi qeyd etdiyindən, həmin şəxslərdən birinin test nəticəsi sms vasitəsilə göndərilib. Buna baxmayaraq, şəxsə hər iki testinin nəticəsinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilib və laborator nəticələr vətəndaşa təqdim edilib. Ancaq vətəndaş müalicə almaqdan imtina edərək dəfələrlə karantin qaydalarını pozmağa cəhd edib".

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti